Yeni avtobusların hansı marşrut xətti üzrə hərəkət edəcəyi məlum olub- Bakı Nəqliyyat Agentliyi

0
5

“Çinar Trans” MMC tərəfindən Bakıya gətirilən, yeni avtobusların hansı marşrut xətti üzrə hərəkət edəcəyi məlum olub.

Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, yaxın vaxtlarda 133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin müvafiq hüquqi normativ aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğun olaraq “Çinar Trans” MMC tərəfindən 20 ədəd yeni avtobus Bakıya gətirilib. “Avro-5” standartlarına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər eləcə də uşaq arabası ilə olan sərnişinlər də rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.