Oleq Kuznetsov: “Qarabağ beynəlxalq narkotik alveri üçün “su yoluna” çevrilib”

0
4
“Bu yaxınlarda Azərbaycan və Rusiya arasında bölgə təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb.
Moderator.az xəbər verir ki, bunu Bakıda keçirilən mətbuat konfransında Rusiya siyasi analitiki, qafqazşünas-tarixçi Oleq Kuznetsov bildirib.
Politoloqun sözlərinə görə, Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi məsələlərinin normal, ikitərəfli tənzimlənməsinə keçid Rusiya-Azərbaycan münasibətlərində irəliyə doğru ciddi addımdır.
“Nəhayət ki, kollektiv təhlükəsizlik məsələlərində iki ölkənin əməkdaşlığının əsas istiqamətləri nəinki səsləndirilmiş, həm də formal hüquqi sənəd şəklində təsbit olunub. Təbii ki, beynəlxalq terrorçuluğun, o cümlədən İŞİD-in Rusiya və Azərbaycan üçün konkret təhlükəsi var. Bu da bizim mövqelərimizi yaxınlaşdırır”, – O.Kuznetsov deyib.
Politoloq beynəlxalq narkotrafiklə bağlı ciddi problemlərin olduğunu qeyd edib: “Azərbaycanın işğal olunmuş əraziləri beynəlxalq narkotik alveri üçün keçid zonası olub. Bu ərazi qanuni sahiblərinin yurisdiksiyasında olmadığından, hüquqi özbaşınalıq məkanında nəsə bir “qara dəlik” əmələ gətirir”.
Oleq Kuznetsov iki ölkənin xüsusi xidmətləri, hüquq-mühafizə orqanları arasında informasiya mübadiləsinin vacibliyini də qeyd etdi: “Çünki müasir dünyada informasiyanın çatdırılma sürəti çox vaxt beynəlxalq təhlükəsizliklə bağlı terrorizmə qarşı və digər tədbirlərin səmərəliliyini təmin edir”.