Rusiyanın “Zvezda” telekanalında yayımlanan “Porses” siyasi tok-şousunda qalmaqal baş verib.
Türkiyə-Rusiya münasibətlərinin müzakirə olunduğu proqramda azərbaycanlı jurnalist Fuad Abbasov erməni ekspert Sarkis Tsaturyanla əlbəyaxa olub. Hadisəyə səbəb erməni ekspertin Türkiyə ilə bağlı səsləndiyi təhqiramiz fikirlər olub. (publika)