Sarı it ilində bizi nə gözləyir?

0
4

Oxu.Az xəbər verir ki, “Qoroskop” qəzetinin baş redaktoru, astroloq Səbuhi Rəhimli qarşıdan gələn Sarı it ili ilə bağlı Qafqazinfo-ya açıqlamasında proqnozlarını irəli sürüb.

Astroloq deyib ki, sarı it ili 2018-ci il fevral ayının 16-da (Bakı vaxtilə saat 01:05 dəqiqədə) start götürəcək: “Ünsürü torpaq, himayədar planeti isə Veneradır. İt ilinin mövcud olduğu bütün dövrlərdə qüvvələr nisbəti tarazlaşır, zəif tərəf olmur. İki güclü əks qütbün qarşıdurması isə həmişə qorxuludur. Bəhs etdiyimiz illərdə qanunlar daha sağlam və sərt işlədiyindən qanundankənar fəaliyyət göstərənləri təhlükəli risk qarşısında qoyur.

Tarixi xronologiyaya baxanda qarşıdan gələn it ilinin çox təzadlı, hətta ziddiyyətli mənzərəsini görürük. Buna baxmayaraq, yüzlərlə hadisəni təhlil edib gəldiyimiz qənaət bu oldu ki, it illərində münaqişələrin dayandırılması, sülh müqavilələri, azadlıqların bərpası və birləşmələr baş verir. Hər halda, yola saldığımız ifrat gərginlik və müharibələr içində keçən, sövdələşmələri pozan, siyasi ədalətsizliyə dəstək verən xoruz ilindən fərqli olaraq, yeni il sakitliyin bərpasına çalışır.

Yəqin, elə bu səbəbdən orta əsrlərin çinli astroloqları qarşıda duran dövrü “Xoruzun dağıtdıqlarını itlər yığışdıracaq” adlandırırdılar”.

S. Rəhimlinin sözlərinə görə, it ili həm də dünyada mövcud olan siyasi fikir ayrılıqlarını qaydasına salır, müharibələri dayandırır, insanlarda vəhdət və birlik yaradır, xalqları milli özünüdərkə aparır: “Yerin ahəngi əsaslı şəkildə bərpa olunur, böyük və müsbət dəyişikliklərə yol açır. Sarı it ilinin müddəti 16.02.2018-04.02.2019-cu ilədəkdir.

Planeti Venera, uğurlu ayları may, oktyabr, uğursuz ayları aprel, noyabrdır.

Düşərli günü bazar ertəsi, cümə, ağır günü çərşənbə axşamı, bazar, düşərli təqvimləri 2, 3, 4, 5, 7, 8, 9, 14, 19, 22, 27.

Aparıcı bürcləri Buğa, Tərəzi, aparıcı işarələri İt, Pələng, At, rəngi sarı, narıncı, mavi, göy, daş-qaşı sapfir, əqiq, zümrüd, mirvari metalı, bürünc, çiçəyi bənövşə, qızılgül, talismanı ürək, qızıl öküz.

İlin aktiv əraziləri Rusiya, Avstriya, İsveçrə, İrlandiya, Polşa, Avstraliya, Qafqaz, Çin, Yaponiya, Tayland, İran, İraq, Əfqanıstandır”.