Prezident İlham Əliyev “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini Təhsil Nazirliyi əlaqələndiriəcək. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.