“Şiddətli müdafiə tədbirləri görməyə məcbur olacağıq” –Şimali Koreyadan ABŞ-a xəbərdarlıq

0
5
“ABŞ dənizdən bizi mühasirəyə almağa cəhd edərsə, şiddətli müdafiə tədbirləri görməyə məcbur olacağıq”.

Bu sözləri Şimali Koreyanın Xarici İşlər Nazirliyinin adı açıqlanmayan nümayəndəsi deyib.

O bildirib ki, bu addım müharibəyə təşviq kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, ABŞ mediası Prezident Donald Tramp administrasiyasının Şimali Koreyanı dənizdən mühasirəyə almaq planları üzərində çalışdığını bildirmişdi/Axar.az.