“Kelebek”də diqqət çəkməyən Nigarla Röya – 17 minlik çəkmə belə…

0
13
Heç bir stilistdən yardım almadığını etiraf edən Röya  saç və makiyajını özü etdiyini bildirib. Ancaq onun bu əl işi heç də uğurlu alınmayıb.

Əməkdar artist səliqəsiz bir görüntüdə səhnəyə çıxaraq mükafatını götürüb. Daha sonra Röya mahnı oxumaq üçün yenidən səhnəyə dəvət olunub. Bu dəfə də geyimi sadə olub.

Gecənin digər azərbaycanlı məşhuru Nigar Camal çəkmələri ilə diqqət çəkib.  Bir müddət əvvəl saçlarını qara etdirən müğənni “Altın Kelebek” üçün saçlarını qızılı rəngə boyadıb.

Gecəni yarımçıq tərk edən Nigarın qara rəngli geyimini isə Bakıda məşhur moda evlərindən biri hazırlayıb. Pop ulduz iddialı geyinsə də, paltarının “quyruğu” birmənalı qarşılanmayıb.

İfaçı dünya ulduzlarının son zamanlar ən çox müraciət etdiyi “SAINT LAURENT” adlı markanın 10 min dollarlıq (təxminən 17 min manat) çəkmələrindən istifadə edib.

Rihanna, Kendall Cennerin gündəlik istifadə etdiyi çəkməni Nigar özəl tədbirdə geyinərək zərif paltarını kobudlaşdırıb.

Nigarın “Altın kelebek” üçün ayaqqabılarını uğursuz hesab etsək də, saç və makiyajı tərifə layiqdir.

“Qafqazinfo” mövzu ilə bağlı imicmeyker Elnarə Bəkirova ilə əlaqə saxlayıb. O, hər iki məşhur xanımın geyimlərini analiz etməyə çalışıb:

“Röya Ayxan sarı rəngli geyimdən istifadə edib.  Sarı elə onun rəngidir, dərisi ilə uyğunlaşıb.  Səhnədə yəqin ki, diqqət çəkmək istəyib.  Mahnı ifa edən geyimi ilə sarı rəngli paltarı çox yaxşı idi. İfa zamanı boğazına “kəpənək” taxıb, bir obraz yaradıb və diqqət çəlb edib. Amma saç və makiyajı geyimlərinin haqqını vermirdi.

Nigar Camal isə nə etmək istəyib anlamadım. Arxadakı “quyruq” yaxşı görünmür. O nəyə lazımdır? Ayaqqabısı parıltılı olsa da, kobud görünüb. Saç və makiyajı çox əladır. Birinin geyimi əla, makiyajı uğursuz. Digərinin isə əksinə”.