Barda işləmək üçün evdən qaçdı
Bakıda pul qazanmaq üçün işlədiyi yer qızı evindən didərgin salıb. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 18 yaşlı Nərmin İsmayılova evdən yoxa çıxıb.
Sabunçu polisi xəbər verib ki, N.İsmayılova Bakıda barlardan birində işləyir. Valideynləri onun işdən çıxmasını istəsələr də, qız buna etiraz edib. Məhz bu məsələyə görə o, evdən bir neçə dəfə qaçıb. Polis tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. Yenidən polislər eyni problemə görə qızı axtarmalı olub. N.İsmayılova yenə evdən qaçıb. Hazırda axtarışlar getsə də, Nərmin hələ tapılmayıb.