“Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyinin Tel Avivdən Yerusəlimə köçürülməsinə dair qərarımla öz vədimi yerinə yetirdim”.
ABŞ prezidenti Donald Tramp şəxsi “Tvitter səhifəsində yazıb. O, özünü ABŞ-ın sabiq dövlət başçıları ilə müqayisə edərək deyib ki, onlardan fərqli olaraq, ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinə dair vədini yerinə yetirib. Tramp “tvit”inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Yerusəlimə dair çıxışları olan video da yerləşdirib.