Salyanda kişi arvadını və 3 qızını öldürərək həyətdə basdırıb –3 il əvvəl

0
6
Salyanda itkin düşən ana və 3 qızın öldürüldüyü məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları – Rəqibə, Sevda, İradənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Hazırda meyitlərin basdırıldığı yerdən çıxarılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər həyata keçirilir. Ata və oğlu saxlanılıb.

Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.