“Medcezir”in ulduzu yeni filmində belə dəyişdi
“Medcezir” serialın final etdikdən sonra Çağatay Ulusoy “Delibal” filminin çəkilişlərinə başlayıb.
Aktrisa Leyla Lidia Tuğutla ilə baş rolları paylaşdığı aktyor filmdə tələbə musiqiçi Barışı canlandırır.
O, obrazı üçün bədəninin müxtəlif yerlərinə 11 xüsusi döymə etdirib. Ssenari müəllifi Yıldırım Türkerə aid olan film noyabrda təqdim olunacaq.
Digər tərəfdən, Çağatayın “Kösem Sultan” serialında Gənc Osmanı canlandıracağı haqda şayiələr hələ də gündəmdədir.