“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırdı

0
6
Çempionlar Liqasında VI tura start verilib.

Qrup mərhələsinin ilk günündə Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb.

Ağdam təmsilçisi səfərdə “Roma” ilə görüşüb. Bu qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümünün son sınağı olub.

C qrupunda sonuncu yeri tutan “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında yekunlaşdırıb.

Matçın taleyini bir qol həll edib. İlk hissədə tərəflər bir neçə dəfə cəhd etsələr də, qol vura bilməyiblər. İkinci yarıda isə meydan sahibləri fərqləniblər. Cekonun zərbəsindən sonra Şehiçdən geri dönən topu Perotti tora qovuşdurub.

Oyunda başqa qol olmayıb və “Qarabağ” Çempionlar Liqasına məğlubiyyətlə vida edib.

Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
C qrupu
5 dekabr

“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) – 1:0
Qol: Perotti, 53

Baş hakim: Tobias Stieler
Roma. Olimpiya stadionu (apa)