Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiya yığmasını 2018-ci ildə Cənubi Koreyanın Pxönçan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub.
Bu barədə BOK-un saytında dərc olunmuş məlumatda bildirilir.
Məlumata görə, Oyunlarda olimpiya bayrağı altında yalnız “təmiz” (doppinq qalmaqalında adları hallanmayan) rusiyalı idmançılar iştirak edə biləcək/APA.