HDP-dən PKK-ya çağırış: “Silahlar şərtsiz yerə qoyulsun”
HDP həmsədri Səlahəttin Dəmirtaş PKK-nı silahı yerə qoymağa çağırıb. Bu gün İzmirdə Tepekule Konqres Mərkəzində media nümayəndələri ilə görüşən S.Dəmirtaş bildirib: “ 7 iyun parlament seçkilərində 13 faiz səs aldıq. Amma bizə seçicilərin 50 faizi rəğbət bəsləyir. Bu, böyük bir qələbədir. PKK şərt irəli sürmədən silahı yerə qoymalıdır. Silahın demokratik mübarizə baxımdan heç bir əhəmiyyəti yoxdur”
S.Demirtaş birlik mesajları da verib. O bildirib ki, fərqli mədəniyyətlərə, inanc və kimliklərə dözümlü yanaşmaq lazımdır. Türkiyə üçün çıxış yolu demokratiyanın inkişafından keçir.