Ailem.az sizə müxtəlif infeksiya və xəstəliklərə qarşı immunitet qazanmağa təsir edən qarğıdalı saçağı çayının hazırlanma qaydasını göstərir.
Faydaları:
– Müxtəlif xəstəliklərlə savaşan bu çayın sidikqovucu xüsusiyyəti var. Qarğıdalı saçağından hazırlanmış çay böyrək daşlarının yaranmasının qarşısını yüksək şəkildə alır.
– Kişilərdə rast gəlinən prostat vəzi problemlərini aradan qaldırır.
– Qarğıdalı saçağı çayı bədənə qüvvət verərək revmatizm ağrılarına fayda göstərir.
– Yüksək təzyiqi aşağı salır və qan təzyiqini normallaşdırır.
– Diabet xəstəliyinə də faydalı olan qarğıdalı saçağı çayı xronik yorğunluğu olan şəxslərdə qüvvətlənməyə kömək edir.
Hazırlanması:
Yetişmiş və bir az tündləşmiş qarğıdalı saçaqlarını kiçik bir çaynikdə qaynar suyun içinə qoyaraq az odda 10 dəqiqə dəmləyin. Artıq çay içilməyə hazırdır.