FHN-dən “zapravka”dakı yanğınla bağlı rəsmi –Açıqlama

0
4
Fövqəladə Hallar Nazirliyi Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın barədə məlumat yayıb.

FHN-dən verilən məlumata görə, Lənkəran rayonunun Separadi kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində həcmi 20 ton olan yeraltı yanacaq çəninin qapağı yanıb.

Yanğın yanğın bölmələri çatana kimi söndürülüb.

Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.