MTN generalı Elçin Quliyevə cəza istənildi –Prokuror çıxış etdi

0
4
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə prokuor çıxış edib. Dövlət ittihamçısı Elçin Quliyevin 15, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.