Prezident İlham Əliyev:“Heç bir maliyyə problemimiz yoxdur, gələn il daha da uğurlu olacaq”

0
5
“Ölkəmizin çox böyük potensialı var – ilk növbədə, insan kapitalı. Biz vəsaiti əsasən insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə, bu gün dünya xəritəsinə baxanda – əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm – istər-istəməz görürük ki, doğrudan da Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir”.

Bunu prezident İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında deyib. Dövlət başçısı qeyd edib ki, biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq.

“Gələn il daha da uğurlu olacaq. Mən bu yaxınlarda qeyd etdim ki, bizim heç bir maliyyə problemimiz yoxdur. Əgər olsaydı, biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik“, – deyə dövlət başçısı vurğulayıb.(APA)