ABŞ Türkiyə vətəndaşlarına qarşı viza qadağasını qismən qaldırdı –Bəyanat

0
4

ABŞ-ın Türkiyədəki səfirliyi məhdud sayda viza müraciətlərini yenidən qəbul etməyə başlayıb.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfirlik bu barədə əvvəllər viza üçün müraciət etmiş türk vətəndaşlarına aşağıdakı məzmunda elektron məktub göndərib:

“Türkiyədəki ABŞ nümayəndəlikləri məhdud sayda viza müraciətlərini qəbul etməyə başlamışdır. ABŞ-a səyahət etmək istəyən müraciət sahibləri artıq görüş saatı müəyyənləşdirə bilərlər. 

Ancaq məhdud sayda görüş saatı veriləcəyindən uzun müddətli gözləmə ola bilər. Bəzi durumlarda təcili görüş gerçəkləşə bilər. Əgər təcili bir səyahət gündəminizdədirsə və həmin tarixə görüş ala bilmirsinizsə, o zaman xahiş edirik, səfərin niyə təcili olduğunu izah etməklə, boş tarixlər üçün müraciət edin, ardınca müvafiq addımları izləyin”.