Dərim niyə quruyur? SƏBƏBLƏR

0
4

Dərinin quru, normal və ya yağlı olması genetik xüsusiyyətdir. Lakin bəzən yağlı və ya normal dərisi olan insan fikir verir ki, dərisi həddindən artıq quru olub, qabıq verməyə və çatlamağa başlayıb.

Adətən insanlar (xüsusilə qadınlar) belə vəziyyətdə dərini nəmləndirmək üçün müxtəlif maska və kremlərə üz tutur. Dərinin quruluğunun səbəbi hər hansı daxili pozulma və ya xəstəlik olduqda, bu vasitələr kömək etmir və ya çox qısamüddətli effekt verir.

Dərinin quruluğuna səbəb ola bilən pozulmalar arasında:

– Hipotireoz. Bu xəstəlik zamanı qalxanvari vəzi daha az hormon ifraz etməyə başlayır ki, bu da bir çox orqan və sistemlərin fəaliyyətinə təsir edir. Hipotireoz zamanı o cümlədər piy vəzilərin fəaliyyəti pozulur ki, dəri piyinin ifrazı azalır. Nəticədə dəri çox quru olur.

– Şəkərli diabet. Bu xəstəlik zamanı orqanizm qanda şəkərin səviyyəsini azaltmaq üçün çoxlu maye ifraz edir ki, bu da susuzlaşmaya və nəticədə dəri və selikli qişaların quruluğuna səbəb olur. Dərinin quruluğu şəkərli diabetin ilk simptomlarından biri kimi meydana çıxır.

– Hipovitaminoz (xüsusilə A və E vitaminlərinin çatışmazlığı). Hipovitaminozun səbəbi düzgün olmayan qidalanma, balanslaşdırılmamış pəhrizlər ola bilər.

– Uzunmüddətli streslər.

– Mədə-bağırsaq sistemi xəstəlikləri. Bu xəstəliklər zamanı qidanın həzm və mənimsəmə prosesləri pozulur ki, nəticədə orqanizm ona lazım olan maddələri kifayət miqdarda almır. Bu isə o cümlədən dərinin vəziyyətinə mənfi təsir edir.