Ermənistan Rusiya bazarına hazırkı pomidor tədarükçüləri ilə rəqabət apara, hətta onları sıxışdıra bilər.
Trend-in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan RİA Novosti-yə müsahibəsində deyib.
O, ölkəsinin Rusiya bazarında məlum istehsalçıları sıxışdırmağa hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib: “Mütləq. Rusiya bazarı elə böyükdür ki, burada oyunçuların sayının artması heç kimə mane olmur”.
Qeyd edək ki, Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyədən bir sıra məhsulların, o cümlədən pomidor idxalına qadağa qoymuşdu. Bu yaxınlarda “Rosselxoznadzor” noyabrın 1-dən Türkiyənin yalnız 3 şirkətindən Rusiyaya pomidor tədarükünə icazə verib.