Bunu Türkiyənin “Hürriyet” qəzeti yazıb.
Yazıda qeyd olunub ki, sentyabrın 25-də İraqın şimalında keçirilən “referendum”dan sonra Barzani ailəsi Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün yollar axtarır:
“Neçrivan Barzani 2 aydır Ankaraya getmək, Türkiyə prezidenti ilə görüşmək istəyir. Rəcəb Tayyib Ərdoğan onunla görüşmək istəmədiyini bildirib. Prezident niyə görüşmədiyni belə izah edib: “Mənim səlahiyyət səviyyəmə uyğun deyil”.
Bundan başqa, Barzaninin “müstəqilik referendumu”nu Türkiyə ilə məsləhətləşməməsini də səbəblərdən biri kimi göstərərk deyib: “İsraillə müzakirə etdilər, bizimlə görüşmədilər”, – qəzet yazıb.
Qeyd edək ki, muxtariyyətin başçısı Məsud Barzani oktyabrın 29-da istefa verib. Onun səlahiyyətlərini baş nazir Neçrivan Barzani icra edir. O, M.Barzaninin qardaşı oğludur/Report.