Oktyabrın 21-də Astanadan Bakıya uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problem səbəbindən geri qayıdıb.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Məlumatda bildirili: “Avialayner saat 22:56-da ştat rejimində eniş edib. Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər”.
Təyyarədə 90 nəfər sərnişinin olduğu bildirilir.