Səməd Seyidovdan AŞPA ilə bağlı həyəcan təbili:“Bizə çox vacib olan təşkilatdan ölkəmizi məhrum etmək istəyirlər”

0
4
“AŞPA-nın son sessiyası  digərlərindən fərqli olaraq bizim üçün o qədər də asan keçməyib”.
Milletim.info bildirir ki, bu sözləri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova Milli Məclisdə çıxışı zamanı deyib.

O, qeyd edib ki, sessiyanın bu şəkildə keçirilməsinin səbəbi yalnız Azərbaycanla bağlı bir neçə sənədin hazırlanması ilə bağlı deyil. Bu sessiyanın hətta bir neçə günü Azərbaycana həsr olunub: “Azərbaycan məsələsi yalnız böyük iclasda yox, komitələrdə də müzakirə olunub. Nəyə görə Azərbaycan məsələsi gündəmə gətirilib, bizimçün tam aydındır. AŞ-ın özündə gedən proseaslər ona dəlalət edir ki, onlar bu gün əslində hansısa bir ölkəni hədəf tapıb öz problemlərini həll etməyə çalışırlar. Bizdən başqa monitorinqdə 10-dan çox ölkə var. Ancaq bu ölkələrin problemləri kənara qoyulur, Azərbaycan hədəf kimi müzakirə mövzusuna çevrilir.

S. Seyidovun sözlərinə görə, qətnamələrin qəbul olunması prosesində Azərbaycana nəinki mənfi münasibət bəsləyən, hətta Azərbaycana nifrət edən deputalar öz iş-güclərini qoyub gəlib orda iştirak və çıxış edirdilər. Bundan sonra S.Seyidov bir neçə deputatın adını çəkib, ardınca isə “onlara heç “cənab” sözü də yaraşmır” deyib.

Nümayəndə heyətinin rəhbəri AŞ-dan çıxmaqla bağlı fikirlərə də dolayısı ilə cavab verib: “AŞ bizim üçün dünyaya öz mövqeyimizi çatdırmaq üçün həddindən artıq vacib bir təkilat, tribuna, məkandır. Hesab edirəm ki, bizi bu məkandan məhrum etmək istəyirlər, düşmənlərimiz də buna çalışır”.

S.Seyidov daha sonra bunları bildirib: “İclaslar zamanı çıxış edən şəxslər qəbul edilmiş bu sənədlərə elə bir əlavələr təklif edirdilər ki, onlar ümumiyyətlə, həqiqəti əks etdirmirdi. Təəssüf ki, onların bir çoxu qəbul edildi. AŞ-ın baş katibi Avropa Şurasının ən yüksək dəyərlərini alətə çevirərək Azərbaycana təzyiq edir. 1 milyon insanın hüquqlarını unutmaq Azərbaycana qarşı ən böyük ədalətsizlikdir”.