Bakı-Ağsu-Yevlax yolunda sürüşmə olub –Magistral yol çöküb + VİDEO

0
4
Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib.

Milletim.info  “Report”a istinadən xəbər verir ki, son günlər intensiv yağışlar səbəbi ilə sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunub. Ağsu rayonu ərazisində mövcüd sürüşmə nöqtələrində uçqunlar baş verib.

Sürüşmə əsasən Bakı-Ağsu-Yevlax magistralının Ağsu rayonu ərazisindən keçən hissəsində, yolun 142, 148, və 153-cü kilometrliyində qeydə alınıb. Sürüşmənin baş verdiyi ərazilərdə yolun bir hissəsi çöküb.

Mütəxəssilərin fikrincə, ərazı aktiv sürüşmə zonası hesab olunur. Bu səbəbdən də yağışlardan sonra dağın yamac hissəində böyük torpaq axını qeydə alınıb, qurunt suları isə sürşmənin miqyasını artırıb.

Sürüşmə ərazisinin uzunluğu təqribən 20-30 metir, dərinliyi 10-20 santimetr, bəzi yerlərdə 30 santimetrə çatır.

Qeyd edək ki, sürüşmə yola doğru davam edir. Ərazi Yol İstismar İdirəsi tərəfindən nəzarətə götürülüb.