İRANA QARŞI “AYƏTULLAH MAYK” ƏMƏLİYYATI BAŞLAYIR –Mərkəzi Kəşfiyyat İdarəsi önümüzdəki günlərdə regionda fəallaşacaq

0
4
 Sərdar TURQUT

“Habertürk”ün ABŞ təmsilçisi, 17 oktyabr

 

ABŞ regionda getdikcə güclənən, İraq və Suriyadan İsrail sərhəddinə yaxın olan “Hizbullah”a qədər “hərbi dəhliz” yaradan İrana qarşı sərt mövqe qoyulmasının lazım olduğunu düşünür. Yəni, ABŞ prezidenti Trampın nüvə anlaşmasını təsdiq etmədən, yeni tədbirlərin alınması üçün Konqresə göndərməsinin, əslində İranın bu anlaşmaya əməl edib-etməməsiylə bir əlaqəsi yoxdur. Hətta bu anlaşmada imzası olan digər bir çox ölkə kimi, ABŞ-ın özü də əslində İranın müqaviləyə əməl etdiyini yaxşı bilir. Bunu da “Texniki olaraq əməl edə bilərlər, amma anlaşmanın ruhuna uyğun hərəkət etmirlər” şəklində ifadə edirlər. Yəni, anladığınız kimi, ABŞ onsuz da İrana qarşı sərtləşəcəkdi, “Nüvə anlaşmasına əməl etmirlər” mövqeyi sadəcə bir bəhanə kimi istifadə edilir.

Bu, ABŞ-ın yeni qərarı da deyil. Mən bunların olacağını 5 iyun 2017-ci il tarixində,“MKİ-nin ayətullah Maykı və İran” başlıqlı yazımda yazmışdım.

“Ayətullah Mayk” ləqəbli Maykl Dandrea (Michael D’Andrea), keçmişdə planlaşdırıb həyata keçirtdiyi sərt və gizli əməliyyatlar səbəbilə, adı MKİ daxilində belə qorxu yaradan bir agentdir. Onun İranla bağlı əməliyyatların başına gətirilməsini mən o tarixdə “ABŞ, lazım gələrsə, özündə güc tətbiqini də ehtiva edən gizli əməliyyatlarla İranı qarşısına alır” deyərək, anlatmışdım.

Agentə “Ayətullah Mayk” deyilməsi onun özünün də müsəlman və İran haqqında məlumatlı olmasından qaynaqlanır. 

Anlayacağınız odur ki, nüvə anlaşmasının Konqresə göndərilməsi, əslində iki ölkə arasındakı münasibətləri sərtləşdirib, “Ayətullah Mayk”ın dövrəyə tam girməyə başladığını göstərir.

Vaşinqtondakı mütəxəssislər İranın və ona bağlı olan qrupların regionumuzda, İraq və Suriyada baş verən proseslərlə birlikdə çox artıq güc qazandığını və İsrail sərhəddinə qədər uzanan Hizbullaha əlaqə yolları açdığını düşünürlər. İsrail də İrana qarşı bir şeylər edilməsi üçün Vaşinqton üzərində təzyiqlərini davam etdirir.

 

İşin Türkiyə tərəfi

 

Bu səbəblə, Türkiyəyə qarşı onsuz da qərəzli olan və son dərəcə pessimist düşünən MKİ direktoru Mayk Pompeo, regionda İranla ortaq hərəkət etməyə başlayan Türkiyəyə qarşı da təcili olaraq bir şeylər edilməsinin lazım olduğu fikrini müdafiə edir.

Prezident Ərdoğanın son İran səfərində İsrail əleyhinə söylədiyi sözlər məhz bu səbəbdən Vaşinqtonda həyəcan siqnalı veribi. Buradakı səlahiyyətli şəxslər deyir: “Türkiyə region haqqında danışmaq üçün, təbii ki, İran ilə əlaqə quracaq, amma İranda İsrail əleyhinə danışmaq burada fərqli rəy yaradır”.

Önümüzdəki günlərdə regionumuzda MKİ-nin öz fəaliyyətlərini artırmağa başlaması gözlənilir. Bu, İrana yönəlik olaraq, çoxdan başladı belə. Regionda məsələyə hakim olan insanlara görə, “Türkiyənin bu prosesin xaricində qalacağı gözlənilməməlidi”.

Tərcümə Strateq.az-ındır