Oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlının həbs müddətinin uzadılması barədə Nəsimi Rayon Məhkəməsinin qərarından şikayətini təmin etməyib.
Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova məlumat verib.
Xatırladaq ki, Gözəl Bayramlı 2017-ci ilin mayında 12 min dollar qaçaqmalçılığında ittiham olunaraq həbs edilib. G.Bayramlı və müxalifətçi həmkarları hesab edirlər ki, həbs ölkənin aparıcı müxalifət partiyasını zəiflətmək məqsədilə siyasi motivlidir.