Fransalı iqtisadçı Çarlz Hav demoqrafik tədqiqatının nəticəsini açıqlayıb: iki nəsil sonra Fransanın və köhnə Avropanın əhalisi öz yerini müsəlman çoxluğuna verəcək.
Azərtac xəbər verir ki, The Washington Times nəşrinin yaydığı məlumata görə, iqtisadçı öz tədqiqatında Avropanın demoqrafik tendensiyasına istinad edib. Belə ki, qitədə yerli xalqların sayı azaldığı halda, müsəlmanlar arasında doğuş əmsalı davamlı olaraq artır.
Havın tədqiqatına əsasən, Fransada hər avropalı qadına 1,4 uşaq, müsəlman qadına isə 3,4-4 uşaq düşür. Hazırda ölkədə 67 milyon əhali yaşayır və bunun da 10 faizini müsəlmanlar təşkil edir.