Ərdoğana sui-qəsd cəhdində günahlandırılan 37 nəfərəömürlük həbs cəzası verildi

0
8
Keçən il Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul hərbi çevriliş cəhdi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsdə cəhd edən və bu zaman 2 polisi öldürən dəstə üzvlərinə hökm oxunub.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, general Gökhan Şahin Sönmezateş, polkovnik Şükrü  Seymen, FETÖ imamı olan çavuş Zəkəriyyə Kuzu da daxil olmaqla, 34 hərbçi və 3 texniki işçiyə ömürlük həbs cəzası verilib.

Ömürlük azadlıqdan məhrum edilənlər arasında Türkiyə prezidentinin sabiq yavəri Ali Yazıcı da var.