Hakimiyyət nümayəndələrindən başqa heç kimə benzin satılmır- Bu ölkədə

0
6
Sentyabr ayının sonlarından KXDR-də kommersiya yanacaqdoldurma məntəqələrində Koreya Əmək Partiyasının, hökumətin, silahlı qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli şəxsləri istisna olmaqla, bütün müştərilərə benzin satışı dayandırılıb.

Azərtac xəbər verir ki, Yaponiyanın “Asahi” qəzetinin yaydığı məlumata görə, benzin satışında sərt məhdudiyyətlər BMT Təhlükəsizlik Şurasının neft və neft məhsulunun ölkəyə idxalına məhdudiyyətlər qoymasından sonra yanacaq ehtiyatını artırmaq məqsədi daşıyır. Məhdudiyyətlər Pxenyanın keçirdiyi nüvə sınaqlarına cavab olaraq qüvvəyə minən sanksiya ilə bağlı tətbiq olunub.

Biq qədər əvvəl Yonhap agentliyi ilin əvvəlindən bəri Şimali Koreyada benzinin qiymətinin üç dəfə bahalaşdığı barədə məlumat yaymışdı. Cənubi Koreya hökuməti KXDR-in illik neft tələbatının 700-900 min ton civarında olduğunu hesablayıb. Bundan başqa, müharibə ehtimalına görə ölkədə 1 milyon ton yanacaq ehtiyatı var və bunun iki dəfə artırılması qərara alınıb.