Avtomobil qəzalarının artıran amillər…

0
2

Avtomobil qəzalarının artıran amillər…

Qəzaların qarşısı necə alına bilər?

Ölkəmizdə, xüsusən də paytaxt Bakıda tez-tez avtomobl qəzaları baş verməkdədir. Təəssüf ki, bu qəzaların böyük əksəriyyəti ağır olmaqla bərabər həm vurulan piyadaların, həm də avtomobillərin bir-biri ilə toqquşması nəticəsində hər iki avtomobildə də əyləşən sürücü və sərnişinlərin ya ölümləri, ya da ömürlük şikəst qalmaları ilə nəticələnməkdədir. Bəs qəzalar niyə baş verir? Qəzaların baş vermə səbəblərini bir neçə kateqoriyaya bölə bilərik.
Birincisi insanlardan asılı olan səbəblərdir ki, bunu da alt başlıqlar halında aşağıdakı kimi göstərə bilərik:
Əvvəla sürücülük vəsiqələrinin alınması prosesində sürücü olmaq istəyən şəxslərin gerçəkdən də bu ixtisas üzrə təhsil almadan, müəyyən qədər rüşvət ödəyərək sürücülük məktəblərində oxuduqlarını təsdiq edən sertifikat almaları və daha sonra da yenə ödəyəcəkləri rüşvətin məbləğindən asılı olaraq A, AB və yaxud digər kateqoriyalara aid sürücülük vəsiqələrini əldə edə bilmələri. Təəssüf ki, rüşvət alınaraq təqdim edilən belə vəsiqələr mahiyyətcə heç bir dəyəri olmadığından sadəcə olaraq yol poolislərini aldatmaqdan başqa bir işə yaramır. Sürücülük vəsiqələri ilə bağlı danışarkən bir nüansı xüsusilə qeyd etmək istərdim. Naxçıvan Muxtar Respublikasında kurs bitənə qədər bütün dərslərdə iştirak etməyən hansısa şəxsin sürücülük vəsiqəsi alması mümkün deyil. Çünki belə insanlara bu kursu bitirmələrinə dair sertifikat verilmir. Doğrudur, bəlkə Naxçıvanda da vəsiqəni almadan öncə dövlət yol polisinin keçirdiyi imtahanlarda hansısa neqativ hallar ola bilər, lakin bir məsələni unutmaq olmaz ki, buradakı sürücülük kurslarında iştirak edən və keçirilən bütün nəzəri və praktiki dərslərdə iştirak edən şəxslər ən azından yol hərəkət qaydalarından və yol nişanlarından xəbərdar olurlar.
İndi gələk məsələnin ikinci tərəfinə, yəni əxlaqi yöndən sürücülərin və elə piyadaların da davranış qaydalarına. Burada görülən tədbirlər nəticəsində yenə də Naxçıvan sürücü və piyadalarını ayırmaq istəyirəm. Məsələn, bu şəhərimizdə nə dayanacağa çatmamış dayanan avtobus, nə sürət həddini keçən avtomobil, nə də qırmızı işıqda dayanmayan avtomobil görə bilərsiniz. Heç yolun harasından gəldi və necə istədi qarşı tərəfə keçmək istəyən piyadaları da görmək olduqca çətindir. Səbəbi də çox bəsitdir. Ali Məclisin sədrinin oğlu başda olmaqla bütün vəzifəli şəxslərin övladları yol hərəkəti qaydalarına riayət etdiyi halda bir başqası kefinin çəkdiyi kimi avtomobil idarə etməyə necə cəsarət edə bilər? Elə buna görə də, bu gün Naxçıvanda piyadalar üçün nəzərdə tutulmuş keçidə yaxınlaşdığınız zaman gözlərinizi bağlayıb yolu keçə bilərsiniz, daha sağa-sola boylanmağınıza ehtiyac yoxdur. Çünki hər kəs harada dayanmalı olduğunu, harada hərəkət etməsinə icazə verildiyini yaxşı bilir və buna riayət edir.
Bəs azərbaycanın digər bölgələrində, xüsusilə də Bakıda belədirmi? Buna, bəli, demək istərdim. Heyif ki, bunu deyə bilməyəcəyəm. Səbəbi isə çox bəsitdir. Yuxarıda qeyd etdiyimiz səbəblərdən- hər istəyənin sürücülük vəsiqəsi ala bilməsi və üstəgəl elə sürücülük vəsiqəsi olmayan insaların da nəinki şəxsi avtomobillərini idarə edə bilmələri, hətta məsuliyyətsiz şirkət sahibləri tərəfindən işə götürülmələri və sairə. Bakıda piyadalar üçün nəzərdə tutulmuş keçid nöqtələrində sürücülər nəinki sürəti azaltmırlar, hətta piyadaları bu nöqtələrdə gördükdə siqnal verərək gözləmələrini işarə edirlər. Ayrıca yollarda bu qədər təhlükənin olmasına rəğmən piyadalar da çox vaxt səhlənkarlıq edərək haradan gəldi yolu keçməyə çalışırlar ki, nəticədə həm sürət həddinin aşılması, həm də sürücülərin qeyri-peşəkarlığı nəticəsində törədilən yol nəqliyyat qəzaları ağır nəticələr verir.
Qəzaların bir başqa səbəbi isə texniki səbəblərdir. Məsələn, aylıq gəliri aşağı olan şəxslər, xüsusilə də gənclər bank vasitəsi ilə aldıqları avtomobillərin kreditlərini güclə ödədiklərindən nəinki ehtiyat hissələrini, heç təkərlərini belə vaxtında dəyişə bilmirlər ki, bu da öz növbəsində əyləc sisteminin normal çalışmamasına gətirib çıxarır. Bundan əlavə yollarda olan köhnə və istismar müddəti başa çatmış avtomobillər də potensial qəza törədiciləridir. Bu yöndən də Naxçıvanın Azərbaycanın digər bölgələrindən xeyli öndə olduğunu vurğulamaq istərdim. Bu bölgəmizdə görülən tədbirlər nəticəsində Rusiya istehsalı olan avtomobillər ən çox iki, digər ölkələrin avtomobilləri isə maksimum beş il istismar edildikdən sonra Muxtar Respublika ərazisinə gətirilə bilər. Ayrıca köhnə avtomobillərin də yollardan yığışdırılması istiqamətində işlər görülür ki, nəticədə Muxtar Respublika ərazisində istismar edilən avtomobilərin yaşı xeyli cavanlaşıb ki, bu da öz növbəsində yollarda həm sərnişinlər, həm də piyadalar üçün qəza risklərini azaldıb.
Azərbaycanın digər bölgələrinin hakimiyyət orqanları və hüquq mühavizə orqanlarının Naxçıvana təcrübə mübadiləsinə göndərilərək orada gördükləri yeniklikləri digər bölgələrdə tətbiq etməsi lazımdır. Əks təqdirdə qəzaların sayını minumuma endirmək mümkün olmayacaqdır. Bu qəzalarda itirdiyimiz canların yerini isə heç nə doldura bilməz.

Murad

LEAVE A REPLY