Rumıniya azərbaycanlı oliqarxın şirkətini çirkli pul yumaqda ittiham etdi

0
5

Rumıniya azərbaycanlı oliqarxın şirkətini çirkli pul yumaqda ittiham etdi

Rumıniya prokurorluğu “LUKoyl”-un törəmə şirkətini dələduzluq və çirkli pulların yuyulmasında ittiham edib.
APA-nın “Gazeta.ru”-ya istinadən xəbərinə görə, bu barədə Rumıniya Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Bloomberg agentliyinin məlumatına görə, prokurorluq “LUKoyl”- qarşı 1,77 milyard dollar məbləğində dələduzluq ittihamı irəli sürüb.
Qeyd edək ki, bundan əvvəl “LUKoyl” Rumıniyadakı aktivlərinin ətrafında yaranan münaqişəni nizamlamaq üçün Avropa Komissiyasına müraciət etmişdi.
Onu da qeyd edək ki, “LUKoyl”-un prezidenti həmyerlimiz Vahid Ələkbərovdur.

LEAVE A REPLY