Şəhidimizin övladı dünyaya gəldi – FOTOLAR

0
6
Bu il fevralın 24-dən 25-ə keçən gecə ermənilərin cəbhə boyu təxribatlarının qarşısını alarkən Şəhid olan ordumuzun zabiti baş-leytenant Həşimli Tural Əbdül oğlunun oğlan övladı dünyaya gəlib. Toyu olan Tural yeddi ay sonra Şəhid olmuşdu.

 Xatırladaq ki, Şəhidimiz fevralın 28-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda böyük izdihamla dəfn edilib.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Şəhidimizin ailəsinin gözü aydın olsun. İnanırıq ki, Şəhidimizin oğlu da atası kimi vətənə layiqli övlad olacaq.