“Kərkük paytaxt olsun, Mosul isə…” –Bərzaninin ABŞ və Fransa emissarları ilə gizli görüşünün detalları açıldı

0
9
Kürd Regional Hökumətinin keçirdiyi referendumdan əvvəl baş tutan gizli toplantının bəzi detalları üzə çıxıb.

Məlumata görə, sentyabrın 22-sində keçirilən görüş Məsud Bərzaninin məsləhətçisi Xoşyar Zebarinin evində olub. Toplantıda “İsrailin dostu” kimi tanınan, ABŞ-ın İraqdakı keçmiş səfiri Zalmay Xəlilzadla birgə ABŞ işğalından sonra hazırlanan 2005-ci il konstitusiyası ilə İraqın bölünməsini təmin edən və Bərzaniyə muxtar bölgə statusu qazandıran ABŞ diplomatı Peter Vudard Qalbrait Fransanın sabiq XİN rəhbəri Bernar Kuşnerin də iştirak etdiyi bildirilir.

Mediaya sızan xəbərlərdə qeyd edilir ki, gizli yığıncaqda Kərkükün paytaxt edilməsi, PKK ilə ortaq ordu qurulması, sərhədin aradan qaldırılması, Mosul və bir çox iri şəhərlərin Regional Hökumətin tərkibinə qatılması məsələləri müzakirə edilib. Bundan başqa, Məsud Bərzaniyə verilən təlimatlarda kütləvi köç də yer alır. Belə ki, son 10 ildə 2 milyona yaxın ərəb və türkmənə yönəlmiş köç siyasəti davam etdiriləcək.

Qafqazinfo.az