Müsavat Partiyası Milli Şuranın sabahkı mitinqinə qatılmayacaq

0
3
Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqinin təşkilatçıları Müsavat Partiyasına müraciət etməyib.

Bu barədə “Report”a Müsavat Partiyasının Mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı deyib. O bildirib ki, buna görə də Müsavat Partiyasının Milli Şuranın mitinqinə qatılmaqla bağlı qərarı yoxdur. G.Aslanlı qeyd edib ki, kütləvi etiraz aksiyalarının keçirilməsi Müsavat Partiyasının gündəliyindədir: “Bununla bağlı müzakirələr davam etdirilir”.