Xəstəxanada həkimi döydülər

0
10

Xəstəxanada həkimi döydülər

Ucarda həkim döyülüb.

Hadisə bu gün günorta saatlarında Ucar Mərkəzi Rayon Xəstəxanasında (MRX) baş verib.

Baş həkimin müavini Ata Hacıyevin verdiyi məlumata görə, bu gün Zərdab rayon sakini Qasımova Günel Hümmət qızı doğuş keçirmək üçün ağır vəziyyətdə Ucar MRX-ya gətirilib.

Doğuş təbii üsulla mümkünsüz olduğundan, qeysəriyə yolu ilə həyata keçirilməsinə qərar verilib. Əsəblərinə hakim ola bilməyən xəstənin 4-5 nəfər yaxını xəstəxananın cərrahiyyə şöbəsinin müdiri və xəstənin cərrahı Cavanşir Qədirovu döyüblər.

Xəsarət almasına baxmayaraq, həkim G.Qasımovanı əməliyyat edərək, öz vəzifə borcunu layiqincə yerinə yetirib. A.Hacıyev xəstəxanada baş verən hadisə ilə bağlı rayon polis şöbəsinə məlumat verildiyini və hazırda araşdırma aparıldığını qeyd edib.

Qeyd edək ki, G.Qasımova ilk dəfədir ana olur. Ananın da, dünyaya gətirdiyi oğlan uşağının da vəziyyətinin normal olduğu bildirilir.(APA)

LEAVE A REPLY