Bəzi KİV-lərdə yayımlanan guya prokurorluq əməkdaşları tərəfindən “AAAF Park”da axtarış aparılması ilə bağlı yayılan məlumatlar yanlışdır.
Bu barədə Baş Prokurorluqdan bildirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yoxlamanı Vergilər Nazirliyi həyata keçirir. “AAAF Park”ın mətbuat katibi Kənan Məstəliyev isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Tofiq Heydərovun həbs edilməsi yalandır: “Tofiq Heydərov hazırda Kosovoda tədbirdədir. “AAAF Park”da axtarış aparılmır, həmin şəxslər Abşeron rayon icra hakimiyyətinin icraçıları idi. Obyektlərin yenidən inventarizasiyasını aparırlar, yenidən siyahıya alınma işləri görüldü. Hazırda bütün obyektlər fəaliyyətini davam etdirir”.