Ortamüddətli perspektivdə Azərbaycan Mərkəzi Bankı inflyasiyanın hədəflənməsi rejiminə keçəcək.
Bunu Trend-ə Mərkəzi Bankın sədr müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, bu, manatın üzən məzənnə rejiminə keçidinin məntiqi davamı olacaq.
Strateq.az bildirir ki, “İnflyasiyanın hədəflənməsi” qiymətlərin sabitliyinin əsas hədəf kimi götürüldüyü pul siyasəti rejimidir. Bu rejimin tətbiqi zamanı Mərkəzi Bank qiymətlərin sabitliyi üçün yüksək dərəcədə məsuliyyət daşıyır.