Eldar Sabiroğlunun həbsdə olan oğlu aclıq aksiyasına başlayıb –AÇIQLAMA

0
4
9 saylı Cəzaçəkmə Müəssisində saxlanılam jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov sentyabrın 21-də qeyri-müəyyən müddətə aclığa başlayıb.

Bu barədə Rüfət Səfərovun anası Tahirə Səfərova “Amerikanın Səsi”nə bildirib.

“9 saylı Cəzaçəkmə Müəssisəsində baş verən qanunsuzluqlara, dustaqlara göstərilən qeyri-insani münasibətə, işgəncələrə, əsassız təyin edilən “kars”lara, məhkumların imtiyazlı və imtiyazsız siniflərə bölünməsinə,cəzaçəkmə müəssisəsinin korrupsiyalaşmış qapalı tipli səhmdar cəmiyyətinə çevrilməsinə, ümumiyyətlə, hazırki ədliyyə sisteminin ötən əsrin ” QULaq”ının təkrarlanmasına etiraz rəmzi olaraq siyasi dustaqlar- jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov qeyri-müəyyən müddətə aclığa başlayıblar”, – Tahirə Səfərova Rüfət Səfərovun facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, sentyabrın 21-də Qırmızı Xaş Komitəsinin nümayəndələri Rüfət Səfərov və Cavid Şirəliyevə baş çəkib.

Penitensiar Xidmət aclıq aksiyasına və Tahirə Səfərovanın yazdıqlarına hələ münsaibət bildirməyib.