Milli Şuranın sentyabrın 23-də keçiriləcək mitinqinə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müsbət cavab verilib.
Bu barədə “Qafqazinfo” ya MŞ-nın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev məlumat verib.
O qeyd edib ki, mitinq iştirakçıları həmişəki kimi eyni məkanda toplaşacaqlar.
Xatırladaq ki, mitinq sentyabrın 23-də saat 15:00-da “Məhsul” stadionunda baş tutacaq.