Lavrov rəsmi topantıda isveçli jurnalistə belə dedi:“İndisə rədd olun” + VİDEO

0
6
Rusiya Xarici İşlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 72-ci iclası çərçivəsində Nyu Yorkda isveçli həmkarı Didye Burkxalterlə görüşüb.

Strateq.az xəbər verir ki, görüşdən əvvəl Lavrovla isveçli jurnalist arasında maraqlı dialoq yaşanıb.

Jurnalist “Burkxalterin son günlərində ona nə arzulayardız” sualına Lavrov belə cavab verib: “İndi mətbuat konfransı deyil. Sualınıza gəlincə, əsas mənim ona deyil, onun özünə nə arzulamasıdır”.

Cavab İsveç XİN rəhbərinin xoşuna gəlib: “Əsl rus cavabıdır”.

Bundan sonra, Lavrov jurnalistə gülümsəyərək “İndi isə rədd olun” sözünü deyib.

Həmin görüntüləri təqdim edirik: