Fillər Myanma qaçqınlarının düşərgəsinə hücum edib

0
4
Bu gün səhər tezdən Banqladeşlə Myanmanın sərhədində fil sürüsü müsəlman qaçqınların düşərgəsinə hücum edib.

Virtualaz.org “Daily Star” nəşrinə istinadən xəbər verir ki, azğınlaşmış nəhəng heyvanlar iki nəfəri tapdalayaraq öldürüblər. Bunlardan biri uşaqdır. Beş nəfər isə ağır yaralanıb.

Hadisənin Koks-Bazar şəhəri yaxınlığında baş verdiyi bildirilir. Ölənlərdən biri 55 yaşlı kişi, digəri isə 2 yaşlı uşaqdır.