“Güney Azərbaycan Demokratik Türk Birliyi”nin (GADTB) Tanıtım Bildirişi!

0
4

Dəyərli soydaşlar,
Sevimli Azərbaycan Türk Milləti!
Hər gün irəliləməkdə olan Azərbaycan Milli Hərəkatının milli-siyasi dərinliyi yeni aşamalaradan keçir. Dünya, bölgə və ölkə üzərə gedən siyasi stratejilərin mərkəzində etnik yapı durmaqdadır. Güney Azərbaycan, dünya güclərinin isti və soyuq savaşının tam mərkəzində dayanmaqdadır. Bölgənin gələcəyi ilə bağlı söz sahibi olma çabaları bütün bölgə xalqları kimi Azərbaycan Türk Millətini də ən içdən ilgiləndirməkdədir. Qarabağ, Kərkük və addım-addım Urmu kimi doğma mərkəzlərimiz yad elli qonşular tərəfindən basqıya alınmış və ya işğal sürəci yaşamaqdadır. Artıq, “Biz olub yaşamaq, yoxsa bizlikdən üzülüb sarsılmaq”! astanasındayıq. Tək bir sözlə, Türk millətinin əzəli-əbədi olan vətən anlayışı böyük təhdid altındadır. Panfaşist farsçı rejimin Güney Azərbaycan Türklüyünə qarşı olan faşistcə davranışı gün keçdikcə ap-aydın dövlət stratejisi kimi gözükməkdədir. Türk milləti böyük düşmən çənbəri arasında quşatılmış durumdadır. Ancaq, buna baxmayaraq, ayaqlanmış ulu millətimizin milli davası da dayanmadan sürməkdədir. Heç şübhəsiz, Türk milləti öz haqlı savaşını qazanacaqdır. Bu savaş sürəcində millətimizin mütləq örgütlənməsi gərəkir. Bu üzdən, “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) Biz Olub Yaşamaq! iradəsini ortaya qoyan qəhrəman Türk gəncliyimizə dəstək olmaq amacıyla milli savaş meydanına ayaq qoymaqdadır.
Güney Azərbaycanın tam bağımsızlığını özünün ulusal amacı olaraq ortaya qoyan GADTB üçün Azərbaycan Türkçülüyü vaz keçirilməz düşüncə qaynağıdır. Amaclarımız doğruntusunda qurulacaq çağdaş, demokratik, laik və bütün yaşam alanlarında gəlişmiş “Güney Azərbaycan Türk Cümhuriyyəti” eyn anda Bütöv Azərbaycan dövlətçiliyinə də gedən yoldur.
GADTB, Güneyin özgürlüyü uğrunda mücadilə edən Türkçü-İstiqlalçı qurumların varlığını uca tutmağa çalışır. Onlarla “Dildə, Düşüncədə, İşdə Birlik” ilkəsi üzərində hər türlü yaxın ilişki yollarını izləyir.
Sözsüz ki, birlikdən güc doğar düşüncəsilə Güney Azərbaycanın milli özgürlüyünü amaca oluşdurmaq inancı ilə yola çıxan GADTB-nin yoluna işıq saçacaq qardaş qurum-quruluşların da xeyr-duasının arxamızda olacağından əminik.
Sevimli Azərbaycan Türk Milləti!
Yaxın gələcəkdə GADTB-nin geniş proqramı və düzük taslağı Sizin bilginizə sunulacaqdır. Bəlgələrimizin yayılmasıyla GADTB-nin geniş qurtuluş sürəci və dövlətçilik proqramıyla tanış olacaqsınız. Sizin bütün fikirləriniz bizim üçün yol açarı olaraq dəyərlidir.
Yaşasın Azərbaycan Türk Milləti,
Var olsun Güney Azərbaycan Türk Cümhuriyəti!

Güney Azərbaycan Demokratik Türk Birliyi-
Qurucu Yönətim Başqanı Əjdər Tağızadə!
2017.09.10