OPEC:”Gələn il qlobal neft təklifi artacaq”

0
3
Gələn il qlobal neft təklifi artacaq.

Azərtac xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, avqustda qlobal neft təklifi əvvəlki aya nisbətən gündəlik 410 min barrel azalaraq sutkada 96 milyon 750 min barrel olub. Qlobal neft təklifi gələn il isə gündəlik 1 milyon 350 min barrel artaraq sutkada 98 milyon 120 min barrelə çatacaq.

Avqustda OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı gündəlik 320 min barrel azalaraq sutkada 57 milyon 680 min barrel təşkil edib. Qeyri-OPEC ölkələrində neft təklifi 2018-ci ildə gündəlik 1 milyon barrel artaraq sutkada 58 milyon 800 min barrelə çatacaq.