Sentyabrın 6-da Günəşdə baş vermiş və son 12 il ərzində ən güclü hesab edilən partlayış Avropa və Amerika ərazisində rabitənin pisləşməsinə səbəb olub.
Trend-in məlumatına görə, partlayışlar seriyası sentyabrın 4-dən qeydə alınıb.
Ən güclü partlayış dünən Bakı vaxtı ilə saat 16:00-da baş verib.
Mütəxəssislərin fikrincə, bu hadisə kosmik texnika və peyklərin də işinə zərər vura bilər.
Bundan başqa, Günəşdəki partlayışların güclü maqnit qasırğasına səbəb olduğu bildirilib.
Həmçinin, maqnit qasırğası xroniki xəstəliklərdən əziyyət çəkən insanların səhhətinin pisləşməsinə gətirib çıxara bilər.