Məhkəmə Mehman Əliyevi girov müqabilində azadlığa buraxmadı –QƏRAR

0
5

Bu gün Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməsi ilə bağlı verilən vəsatətə baxılıb.

APA-nın məlumatına görə, hakim Azər Tağıyev sədrlik etdiyi məhkəmə iclasında vəsatət təmin edilməyib.

Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.