Yaponiya şahzadəsi titulundan məhrum edilir –Sadə vətəndaşla evlənəcəyi üçün…

0
5
Yaponiya imperatoru Akixito və imperatriçə Mitikonun ilk nəvələri şahzadə Mako Akisino titulundan məhrum edilə bilər.

BakuPost.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb şahzadənin sadə vətəndaşla evlənmək istəməsidir. Belə ki, gələcək həyat yoldaşı ilə Mako beş il bundan öncə Tokio restoranlarının birində tanış olub. Mako artıq onu ailəsi ilə tanış edib. Ailə bu izdivacı qəbul etsə də, Yapon imperiyasının ənənələrinə görə, şahzadə toydan sora titulunu itirərək adi vətəndaşa çevriləcək.

25 yaşlı qız kral statusundan imtina edərək çimərlik turizminin əməkdaşı Key Komura ərə getməyə razı olub. Şahzadənin sevib-seçdiyi şəxs xizək idmanı, skripka və kulinariya ilə maraqlanır.

Məlumat üçün bildirək ki, şahzadə Mako Dublinin universitet kollecində və Edinburq universitetində təhsil alıb. O, Tokio universitetinin muzeyinin filialında işləyir və kulturologiya üzrə elmlər doktoru dərəcəsi almaq üçün çalışır. Makonun 22 yaşlı Kako adlı bacısı və 10 yaşlı Xisaxito adlı qardaşı var. Yaponiyada qanuna görə taxt-taca yalnız kişilər iddia edə bilərlər.