Qaraciyəri sağaldır, piyi parçalayır, qanaxmanı dayandırır…

0
4

Moruğun bir çox faydalı xüsusiyyətləri var. Bunun səbəbi isə meyvənin tərkibindəki maddələrdir.

Lent.az saymaqla bitməyən faydaları ilə sizi tanış edir.

Aparılan araşdırmalara görə, moruq karbohidrat, protein, yağ, lif, dəmir, kalsium və sairlə zəngindir. Eyni zamanda bu meyvədə xolesterol yoxdur. Tərkibində B1, B2, B3, B6,C ve E vitaminləri var.

Moruğun tərkibində olan və ona xoş qoxu verən maddə “moruq ketonu” qaraciyər üçün faydalıdır, orqanizmdə piylərin parçalanmasını sürətləndirir, dərini cavanlaşdırır, saçların uzanmasını sürətləndirir. moruq ketonu qaraciyərin böyüməsinin qarşısını alır, qaraciyərin vəziyyətini yaxşılaşdırır.

Digər araşdırma göstərib ki, keton qanda şəkərin səviyyəsini azaldır.

Bunlarla yanaşı bu meyvə qanaxma riskini azaldır. Bu xüsusiyyət sayəsində qadınlarda mensturasiya vəziyyətini normallaşdırır. Həmçinin doğum ərəfəsində olan hamilə qadınlara məsləhət görülür və doğum sancılarını azaldır.

Həmçinin qızdırma salma, tərlətmə də meyvənin digər müsbət təsirləri arasındadır. Boğaz və badamciq ağrısı olan şəxslərin istifadə etməsi məsləhətdir. Diş əti qanamalarında və ağız içi yaralarının sağalmasında da geniş istifadə edilir.