Kartoq saçları tez uzadır

0
19

Kartof heç bir əks təsiri olmadan bir həftədə təbii şəkildə saçların uzanmasını sürətləndirir.

Əvvəlcə 5-6 ədəd orta boy kartofu yuyub, qabığını soyun. Blenderə atıb püre halına gətirin, yaxud rəndələyin.

Püreni tənzifin arasına alıb, suyunu çıxarın. Lazım gəlsə, bir az su əlavə edin. Kartofdan əldə etdiyiniz suyu saçlarınıza və başınıza masaj edərək tətbiq edin. Qalanı da saç uclarına çəkin. Bitirdikdən sonra sarğı taxaraq 20-25 dəqiqə gözlədin. Sonra isə su ilə yaxşıca yaxalayın.

Bunu həftədə bir dəfə təkrarlayın. Saçlarınız həm daha parlaq olacaq, həm də daha qısa müddətdə uzanacaq.