Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.
Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Sentyabrın 2-də hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Abşeron yarımadasında gecə 22-25° isti, gündüz 30-35° isti olacağı gözlənilir. Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-50 % olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Rayonlarda əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 34-39° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.
Sentyabrın 2-də əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.